Polşa Respublikasının milli bayramı şərəfinə

Mayın 3-də Polşa Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Konstitusiya Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. 
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış dən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda bildirmişdir ki, bu gün ilk Polşa Konstitusiyasının qəbul edildiyi tarixdən 221 il keçir. O demişdir: "Bu müasir ölkənin konstitusiyası Avropada ilk və dünyada ABŞ-dan sonra ikinci konstitusiya idi. Biz fəxr edirik ki, artıq 20 ildir Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmuşdur. Gələcəkdə də bu münasibətlərin inkişaf edəcəyinə və xalqlarımız arasındakı dostluğun daha da dərinləşəcəyinə ümidvarıq".
Ölkəsinin inkişaf yolundan danışan səfir Azərbaycan-Polşa əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin bir çox sahələrdə qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiklərini vurğulamışdır.
Tədbirdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlıya Azərbaycanda polyak ədəbiyyatının təbliğinə, mədəniyyət sahəsində xidmətlərinə görə Polşanın mədəniyyət naziri Boqdan Zdrayevski tərəfindən təltif olunan "Gloria Artis" medalı təqdim edilmişdir.
Medala görə minnətdarlığını bildirən S.Rüstəmxanlı Polşa xalqını ölkənin milli bayramı münasibətilə təbrik etmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında