Azərbaycanlı tələbə Beynəlxalq Tələbə Elmi Festivalında birinci yerə layiq görülmüşdür

Bu yaxınlarda Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində Beynəlxalq Tələbə Elmi Festivalı keçirilmişdir. Beynəlxalq tədbirdə ölkəmizi müvafiq nazirlik və müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanovun rəhbərliyi ilə institutun 4 tələbəsi - Ülvi Cəlilov, Sona Qəti, Ağamir Ağamirov və Nahidə Abdullayeva təmsil etmişlər. 
ATİ-nin prorektoru Eldar Aslanov tədbirlə bağlı söhbətdə bildirmişdir ki, Beynəlxalq Tələbə Elmi Festivalının keçirilməsində məqsəd nüfuzlu jüri heyətinə yeni ideyalar təqdim etməkdir. Bu festivalda iştirak edən tələbələrimiz ayrı-ayrılıqda 4 yeni ideya ilə çıxış etmişlər. Onlar bu çıxışları zamanı texniki üstünlüyə əsaslanmaqla, yaradıcı yanaşmalara özəl mövqe sərgiləmişlər. Tələbələrin yeddi dəqiqəlik təqdimatları jüri heyəti tərəfindən xüsusi balla qiymətləndirilmişdir. Bu zaman tələbə-iştirakçıların təqdimatındakı ideyanın məzmunu, bədii qiraət və natiqlik qabiliyyətinə diqqət yetirilmiş və bu keyfiyyətlər əsas göstərici sayılmışdır.
E. Aslanov beynəlxalq festivalda 40 nəfərdən çox tələbə iştirak etdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, festivalın ikinci günü xüsusilə yadda qalan olmuşdur. Tədbirə qatılan bir qrup tələbə Amerika Birləşmiş Ştatlarından gətirilmiş yeni texniki vasitələrin quraşdırılması və yeniliklərin tətbiqi sahəsində bacarıqlarını nümayiş etdirmişlər. Bu yarışmada ATİ-nin turizm və otelçilik ixtisasının ikinci kurs tələbəsi Ülvi Cəlilov yüksək bal toplayaraq birinci yerə layiq görülmüşdür. İnstitutun daha iki tələbəsi həvəsləndirici mükafat almışdır. Eldar Aslanov sonra bildirmişdir ki, səfər çərçivəsində Doğu Akdeniz Universitetinin rektoru, professor Dr. Abdullah Öztoprakla iki ali məktəb arasındakı əməkdaşlığın perspektivlərini müzakirə etmiş, turizm fakültəsinin təşkil etdiyi ənənəvi turizm şənliklərinin qonağı olmuşlar.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında