İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamə müzakirə olunacaq

İsveç Rikstaqı İsveç Azərbaycanlılar Konqresinin sədri Emil Mirzəyevi və onun müavini Elyar Məhərrəmovu bu il mayın 9-da keçiriləcək Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin müzakirəsinə dəvət etmişdir. Bu barədə APA-ya İsveç Azərbaycanlılar Konqresindən məlumat vermişlər.
Qəbul olunmuş qaydaya əsasən qətnamə barədə parlamentdə təmsil olunan 7 partiyanın nümayəndələri ardıcıllıqla çıxış edəcəklər. Daha sonra Rikstaqda Yaşıllar qrupunun rəhbəri, qətnamə layihəsinin müəllifi Mehmet Kaplan çıxış edəcək. Çıxışdan sonra M.Kaplan parlamentarilərin suallarına cavab verəcək.
Müzakirələrin sonunda qətnamə layihəsinə dair qərarın qəbul olunması gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında