"Heydər Əliyev vətənpərvərliyin rəmzidir" mövzusunda elmi-praktik konfrans

Mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə "Heydər Əliyev vətənpərvərliyin rəmzidir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı önünə əklil qoyulmuşdur.
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, professor Nübar Muxtarova ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, müstəqil dövlətimizin yaranması və inkişafı ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.
Tədbirdə əməkdar müəllim Aliyə Təhmasib, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Zərifə Quluyeva və başqaları mövzu ilə bağlı çıxışlar etmişlər.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuş, anarxiya və xaosun qarşısı alınmış, ictimai-siyasi proseslər normal məcraya yönəldilmişdir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etməsi, Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarması idi.
Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimiz qorunub saxlanılmış, ölkəmiz böyük nailiyyətlər qazanmışdır.
Tədbirdə 6 nömrəli məktəbin şagirdləri ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdikləri şeirləri oxumuşlar.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında