4 ay ərzində dünyada 35 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuşdur

Mayın 3-də Azərbaycan Mətbuat Şurası (MŞ) və Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə Ümumdünya Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə "dəyirmi masa" keçirilmişdir. 
MŞ-dan AzərTAc-a bildirmişlər ki, şura sədrinin müavini, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu hər il dünyada qeyd edilən Ümumdünya Söz və Mətbuat Azadlığı Gününün özünəməxsus tarixi olduğunu bildirmişdir.
U.Rəhimoğlu bu ilin ötən 4 ayı ərzində dünyada 35 jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən həlak olduğunu, keçən il 105 jurnalistin həyatını itirdiyini qeyd etmişdir. O, iştirakçıları BMT-nin baş katibi Pan Gi Munun və UNESCO-nun baş direktoru İrina Bokovanın 3 may tarixi ilə bağlı birgə müraciəti ilə də tanış etmişdir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri mövzu ilə bağlı fikirlərini bölüşmüş, istər beynəlxalq, istərsə də yerli miqyasda söz və mətbuat azadlığı sahəsindəki müxtəlif spesifik xüsusiyyətlərdən, ölkəmizdə mediaya göstərilən diqqət və qayğıdan danışmışlar.
Bildirilmişdir ki, 3 may Ümumdünya Söz və Mətbuat Azadlığı Günü BMT-yə daxil olan bütün ölkələrdə qeyd edilsə də qurumdakı dövlətlərin heç də hamısında söz və mətbuat azadlıqları lazımınca dəyərləndirilmir. Bu mənada 3 may tarixi onların bəziləri üçün yalnız təqvim hadisəsidir. Azərbaycanda isə bu, bir bayramdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında