Araz çayında suyun səviyyəsinin enməsi müşahidə edilir

Son iki gündə Araz çayında suyun səviyyəsinin enməsi müşahidə edilir. Bu da Araz çayının tarixi qolunun yenidən bərpa edilərək istifadəyə verilməsi ilə bağlıdır.
Bu barədə məlumat verən Bəhrəmtəpə Hidroqovşağının rəisi Mirqoca Mirişov bildirmişdir ki, hazırda Araz çayından ayrılan yeni qolda suyun həcmi 190 kubmetrə çatır. Çayın əsas yatağında isə suyun həcmi 360 kubmetr təşkil edir.
Kür çayında suyun səviyyəsinin cüzi qalxması müşahidə edilir. Bu da əsasən Mingəçevir Su Anbarından suyun buraxılması ilə əlaqədardır. Hazırda buraxılan suyun həcmi 1000 kubmetr təşkil edir.
Araz çayının yeni qolu ilə axıdılan su 28 kilometr məsafə qət edərək İmişli rayonunun Qulubəyli kəndinə çatmışdır. Yaxın 24 saat ərzində suyun oradan Biləsuvar rayonunun boş otlaq sahələrinə daxil olması gözlənilir.
Ümumilikdə təbii fəlakət zonasında böhran vəziyyəti artıq aradan qaldırılmışdır, heç bir təhlükə gözlənilmir. Hazırda ərazilərdə bəndbərkitmə işləri ilə yanaşı, evlərdən və həyətyanı sahələrdən nasoslar vasitəsilə suyun çəkilməsi prosesi davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında