Çernobıl əlillərinə minik avtomobilləri verilmişdir

Mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilmişdir.
Nazir Füzuli Ələkbərov 11 Çernobıl əlilinə "Lifan" markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
F.Ələkbərov vurğulamışdır ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8 min nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, 2000-ci ildən bəri nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan binalardakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çernobıl əlilləri də nəzərə alınmış və bu təbəqədən olan 134 nəfər mənzillə təmin olunmuşdur. Eyni zamanda, növbəyə dayanmış Çernobıl əlillərinə 44 avtomobil bağışlanmışdır.
Qeyd edilmişdir ki, radiasiya nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilmişdir. Bu il 1441 Çernobıl əlilinin 2469 övladının hər birinə aylıq müavinət, 2770 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir.
Cari ildə Xaçmaz, Lənkəran və İsmayıllı rayonlarındakı istirahət mərkəzlərinə bu qəbildən olan 80 əlilin göndərilməsi nəzərdə tutulmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında