Bişkekdə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimatı keçiriləcəkdir

Türkdilli dövlətlərin siyasətinə dəstək fondundan AzərTAc-a bildirmişlər ki, may ayının 5-də T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qırğız dilində nəşr edilmiş "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Təqdimata Qırğızıstanın tanınmış elm adamları, yazıçılar, ziyalılar, Bişkekdə fəaliyyət göstərən diplomatik korpusun üzvləri, Azərbaycan diasporunun fəalları dəvət olunmuşlar.
Təqdimat mərasimini Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə birlikdə keçirəcəkdir. Fondun sifarişi ilə nəşr edilmiş kitabı qırğız dilinə tanınmış şair Mukan Asanaliyev tərcümə etmişdir.
Kitabın təqdimatından sonra populyar müğənni Şahmar Tapdıqovun ifasında Azərbaycan mahnıları səslənəcəkdir.
Kitab Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılması məqsədi ilə nəşr edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında