Regionlarda su təchizatı layihələrinin icrası sürətlənir

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində işlər getdikcə intensivləşir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu günlərdə Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderə yekun vurulmuşdur.
Beş şirkətin təqdim etdiyi təkliflərin tender sənədlərinə uyğunluğu, iddiaçı şirkətlər tərəfindən təqdim edilmiş tender zəmanətinin və onun şərtlərinin təmin edilməsi, təkliflərin tamlığı və tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməsi hərtərəfli şəkildə qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən "Azərsutəchizattikinti" Açıq Səhmdar Cəmiyyəti Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə tenderin qalibi elan edilmişdir. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra "Azərsu" ASC ilə "Azərsutəchizattikinti" ASC arasında müqavilə imzalanmışdır.
Xatırladaq ki, layihə çərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Bu məqsədlə Saatlıda su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, şəhərdaxili paylayıcı su xətləri çəkilərək 3170 ünvanda qoşulma işləri aparılacaq. Layihəyə əsasən 395 ədəd yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 11 ədəd kanalizasiya nasos stansiyası tikiləcək.
Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında