Azərbaycan gəncləri snayper kurslarına böyük maraq göstərirlər

Azərbaycan gəncləri Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdindəki snayper kurslarına böyük maraq göstərirlər. Gənclər bu kurslarda hərbin, xüsusən də atıcılığın sirlərini həvəslə öyrənirlər. Onların arasında qızlar da vardır. Kursda təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur. Kurslar orta məktəb şagirdləri üçün pulsuzdur. Amma digər kateqoriya insanlar üçün ödənişlidir.
Bu sözləri Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov demişdir.
Novruzəli Orucov bildirmişdir ki, cəmiyyətdə desantçılar kursu da fəaliyyət göstərir. Onların əksəriyyəti gənclər və yeniyetmələrdir. Desant kurslarında yeniyetmələrə bir neçə istiqamətdə - nəzəri hazırlıq, paraşütdən tullanma, əlbəyaxa döyüş və silah atıcılığı təlimləri keçilir. General demişdir ki, paraşütlə tullanma elə bir psixoloji baryerdir ki, bu baryeri keçən gəncdə nə döyüş zamanı, nə də digər vaxtlarda qorxu hissi olmur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında