Azərbaycanlı deputat Demokratiya uğrunda Dünya Forumunda çıxış edəcəkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasından dərhal sonra Strasburqda mühüm əhəmiyyət kəsb edən beynəlxalq forum keçiriləcəkdir.
Ciddi hazırlıq görülən bu tədbirdə Avropa Şurasının üzvü olan dövlətlər ilə yanaşı, dünyanın əksər ölkələrinin tanınmış ictimai-siyasi xadimləri də iştirak edəcəklər.
Demokratiya uğrunda Dünya Forumu adlanan bu tədbir oktyabrın 5-dən 11-dək davam edəcəkdir.
AŞPA-nın hüquqi işlər və insan haqları komitəsinin təqdimatı ilə Avropa Şurasının beş təmsilçisi bu forumda iştirak edəcəkdir. Komitənin dünya demokratiya forumunda iştirakını və çıxış etməsini məsləhət bildiyi Assambleya üzlərindən biri də azərbaycanlı deputat Rafael Hüseynovdur. Qərar qəbul edilmişdir ki, müasir dünyada gedən demokratiya proseslərini izləyəcək bu forumun materialları ingilis və fransız dillərində ayrıca kitab şəklində çap olunsun.
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun həmin forumdakı məruzəsi "Yeni müstəqillik əldə etmiş ölkələrdə demokratik proseslərin uğur və problemləri" mövzusunda olacaqdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında