Ağcabədidə məcburi köçkün ailələri onlar üçün inşa edilmiş yaşayış binalarına köçürülür

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ağcabədi rayonunda 556 məcburi köçkün ailəsi üçün beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə inşa edilmişdir.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində, Fin qəsəbəsində, Alman Fin qəsəbəsində və ictimai binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinə başlanılmışdır. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Ümumi sahəsi on hektar olan yaşayış massivində beşmərtəbəli on yaşayış binası, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir. Bütün infrastruktura malik məhəllədəki evlərin 63-ü birotaqlı, 222-si ikiotaqlı, 218-i üçotaqlı, 53-ü isə dördotaqlıdır. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli suya tələbatını ödəmək üçün hər biri 500 kubmetr iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaztənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında