Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 2011-ci il 7 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, tərəflərin qanuni nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-ci və 449-cu maddələrinin tələblərinə görə, məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər.
Bədirov Şahlar Əlizaman oğlunun Azərbaycan Respublikası Cinayət-Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 178.3.2-ci maddələri və Talıbov Yaşar Əlləz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci 178.2.2-ci, 178.2.4-cü, 178.3.2-ci və 341.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 2011-ci il 7 iyul tarixli qərarının istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara aid hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin I, III, IV və V hissələrinə, 127-ci maddəsinin II və VII hissələrinə, 129-cu maddəsinin III hissəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci, 416-cı və 419-cu maddələrinə uyğun olmayan hesab edilsin və qərarın həmin hissəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda əks etdirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.
Xatırladaq ki, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu qərarla bağlı xüsusi rəydə qalmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında