"Xalq qəzeti"nin komandası finalda

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş kütləvi informasiya vasitələrinin komandaları arasında voleybol turniri finişə yaxınlaşır. Artıq ilkin mərhələ yarışlarına yekun vurulmuş, yarımfinal görüşləri də oynanılmışdır.
Turnirdə inamla çıxış edən "Xalq qəzeti"nin voleybolçuları "B" qrupunda keçirdikləri dörd oyundan üçündə qələbə qazanaraq yarımfinala çıxmış, burada isə "A" qrupunun qalibi "Yeni Azərbaycan" qəzetinin komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmış və finalda turnirin baş mükafatı uğrunda mübarizə aparmaq hüququ qazanmışlar.
Digər yarımfinal görüşündə AzərTAc və "Səs" komandaları qarşılaşmışlar.
Finalda komandamızın rəqibi "Səs" qəzetinin voleybolçuları olacaqlar. Həlledici görüş mayın 4-də səhər saat 10-da Azərbaycan Voleybol Federasiyasının salonunda keçiriləcəkdir.
Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında