Ordubad rayonunun Aza kəndində beton zavodu və qum-çınqıl karxanası açılmışdır

Ordubad rayonunun Aza kəndində beton zavodu və qum-çınqıl karxanası istifadəyə verilmişdir.
Mərasimdə "Gəmiqaya Holdinq" Şirkətlər Qrupu İdarə Heyətinin sədri Emin Uçar son illər aparılan quruculuq işləri nəticəsində muxtar respublikamızın simasının tanınmaz dərəcədə dəyişdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında (MR) sahibkarlığın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Hər il yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə iş yeri açılır. Beton zavodu və qum-çınqıl karxanası belə istehsal sahələrindən biridir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov beton zavodunun açılışında çıxış edərək demişdir: Qum, çınqıl və beton tikintinin əsasını təşkil edir. Əgər qum, çınqıl və onlardan hazırlanmış beton keyfiyyətlidirsə, deməli tikinti də keyfiyyətlə aparılacaq, uzun illər istifadəçilərə xidmət edə biləcəkdir. Ona görə də bu ərazinin seçilməsi təsadüfi deyildi. İş qısa müddətdə başa çatdırıldı və artıq öz bəhrəsini göstərməkdədir. Qum-çınqıl karxanası və beton zavodu istifadəyə veriləndən sonra burada 60-dan çox yeni iş yeri açıldı və müəssisə fəaliyyətə başladı.
Yeni müəssisə dövlət sifarişləri əsasında fəaliyyət göstərməklə yanaşı, şəxsi evlər tikən insanlara da xidmət edəcəkdir. İran ilə Azərbaycan arasında əldə olunmuş razılığa əsasən, Dəstə kəndi yaxınlığında Araz çayı üzərində su elektirik stansiyasının tikilməsi nəzərdə tutulmuşdur. Yeni müəssisənin hazırladığı məhsullardan bu mühüm obyektin tikintisində də istifadə ediləcək, yeni iş yerlərinin sayı artırılacaq və müəssisə yeni texnologiayalar əsasında uzun müddət ölkəmizə, muxtar respublikamıza xidmət edəcəkdir.
Burada hazırlanan betonun hər bir markası laboratoriya analizlərindən keçirilməli, yoxlanılmalı, texnologiyaların düzgünlüyünə ciddi əməl olunmalıdır. Müəssisədə quraşdırılan avadanlıq Türkiyə istehsalı olmaqla, çox yüksək standartlara cavab verir. Zavodun kollektivi yüksək keyfiyyətli məhsulun hazırlanmasına daim diqqət yetirməli, avadanlığın qorunmasına səy göstərməli və müəssisənin uzunömürlü olmasına çalışmalıdır.
Ali Məclisin sədri idarəetmə düyməsini basaraq, zavodu işə salmışdır.
Beton zavodu və qum-çınqıl karxanası 6 hektar ərazini əhatə edir. Türkiyənin istehsalı olan "MEKA" markalı beton zavodunun istehsal gücü saatda 100 kubmetrdir. Quraşdırılan avadanlıq dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan standartlara cavab verir.
Hazırda zavodda 66 nəfər işləyir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında