Azərittifaq Şurasının yığıncağı keçirilmişdir

Azərbaycan Kooperasiya Universitetinin iclas zalında iyirmi birinci çağırış Azərittifaq Şurasının beşinci yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə Azərittifaqın Şurasının idarə heyətinin sədri Eldar Quliyev açmışdır. Şura yığıncağının katibi seçilmiş, gündəlik təsdiq olunmuşdur.

{nl}

Sonra Eldar Quliyev "2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və 2012-ci ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının qarşısında duran vəzifələr"lə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi əvvəlcə 2011-ci ildə müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, ölkəmiz bu cür dayanıqlı inkişafa, ümummilli liderimiz Heydər Əliyev tərəfindən düzgün əsaslandırılan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosiad-iqtisadi inkişaf strategiyası sayəsində nail olmuşdur. İqtisadiyyatın ayrı-ayrı sahələrində son illər, o cümlədən hesabat ilində yüksək göstəricilərin əldə edilməsi neft-qaz layihələrinin həyata keçirilməsinin səmərəliliyinə, qeyri-neft sektorunun şaxələnməsinə, regionların inkişafı üzrə proqramların ardıcıl surətdə yerinə yetirilməsinə, əhalinin aztəminatlı təbəqələrinin ünvanlı sosial müdafiəsinin təşkilinə və digər faktorlara əsaslanmışdır. İqtisadiyyatımızın uğurlu inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda əksini tapmış, beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Daha sonra natiq bu uğurlara Azərittifaqın da öz töhfəsi olduğunu qeyd edərək bildirmişdir ki, həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində kooperativ təşkilatları tərəfindən 2073765 manatlıq istehlak malları satılmış, 582221 manatlıq kənd təsərrüfatı məhsulları tədarük olunmuş, 26,9 min manatlıq məhsul istehsal edilmiş, 536730 manatlıq iaşə xidməti və 3538635 manatlıq pullu xidmətlər göstərilmişdir.
Pərakəndə ticarət üzrə əmtəə dövriyyəsinə 112,2, ictimai iaşə üzrə 110,5 faiz əməl olunmuş, nəzərdə tutulandan 124,7 min manatlıq çox ticarət və 51,2 min manatlıq iaşə xidməti göstərilmişdir. Pullu xidmətlərin həcmi isə 85,6 faiz artmışdır.
Hesabat dövründə bütün fəaliyyət sahələri mənfəətlə işləmiş, ümumilikdə 101689 manat mənfəət əldə olunaraq tapşırığa 103,6 faiz əməl olunmuşdur. Ticarət, ictimai iaşə, tədarük və nəqliyyatda əldə olunan mənfəətin əvvəlki illə müqayisədə xeyli artması nəticəsində sistem üzrə ümumi mənfəətin artım tempi 109,1 faiz təşkil etmişdir.
Hər üç fəaliyyət sahəsində rentabellik səviyyəsi 2010-cu ilə nisbətən yüksəlmişdir. Pərakəndə ticarətdə rentabellik 3,61 faiz, ictimai iaşədə 3,14 faiz, tədarükdə 0,55 faiz olmuşdur.
Sonra təftiş komissiyasının sədri Sədi Mehdiyev komissiyanın hesabatını vermişdir.
Şura yığıncağında digər cari məsələlər müzakirə olunmuş, işdə fərqlənən kooperasiya üzvlərinə mükafatlar verilmiş, Azərittifaq Şurasının tərkibində dəyişikliklər edilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında