Avtomobil bazarında yeni anlayış - REPO zəmanəti

Maliyyə əməliyyatı kimi tanınan Repo indi avtomobil alqı-satqısında tətbiq edilir

{nl}

Artıq avtomobillərin alqı-satqı müqaviləsinə Repo haqqında xüsusi bənd əlavə olunacaq. Şərtlərə görə, alıcı avtomobil istifadəsinin sadə qaydalarına əməl etməlidir. Bu zaman avtomobil dileri öhdəsinə götürür ki, həmin avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalacaq. Bu cür zəmanət adətən 3-5 il ərzində qüvvədə qalır.
Avtomobil bazarı inkişaf etmiş ölkələrdə geniş yayılan bu təcrübə Azərbaycanda ilk dəfə 10% illik tariflə Mazda CX-5 avtomobilinə tətbiq ediləcək. Beləliklə, Mazda CX-5 sahibləri rəsmi dilerdən alınmış avtomobili dilerə geri sata biləcəklər. İstifadənin ilk ili ərzində avtomobilin dəyəri 10% azalacaq. İkinci il 10% (cəmi 20%), üçüncü il daha 10% (cəmi 30%) azalma olacaq.
Avtomobil sahibi avtomobilini istədiyi yerdə və qiymətə sata bilər. Bu mümkün olmadıqda isə, o, avtomobilini aldıqdan 1 il sonra əvvəlki qiymətdən ən çoxu 10% çıxmaqla yenidən dilerə satacağına əmin ola bilər.
İl ərzində cəmi 10% dəyər itkisi avtomobil bazarı üçün xas göstərici deyil. İkinci əl avtomobil bazarına nəzər yetirsək, 1 il istifadədən sonra avtomobilin qiymətinin onun ilkin dəyərindən 20-25% az olması görünür. Dilerin bu cür zəmanət verməsi onun satılan modeldən əminliyini nümayiş etdirir. Bu imkandan istifadə etmək üçün avtomobilə yalnız rəsmi servisdə xidmət göstərilməli, il ərzində 20 000 km. yol qət edilməli, həmçinin avtomobilə zərər dəyməməlidir.
Avtomobildə xarici və daxili zərərlər olduğu halda da Repo zəmanəti tətbiq olunur. Lakin bu zaman bir qədər fərqli qiymət şərtləri tətbiq olunur.Repo zəmanəti pulun nəğd ödənilməsini nəzərdə tutur və yeni markanın seçimində müştəriyə məhdudiyyət qoymur. Bu, Reponu Trade-in əməliyyatından fərqləndirən əsas cəhətdir.
Diler avtomobili alarkən aşağıdakı amillər yoxlanılır: yol polisinin verdiyi cəzalar, üçüncü şəxslər tərəfindən iddiaların olmaması, avtomobilin həbs cəzasının olmaması. Avtomobil lizinq şirkətinin balansında və ya bankda girovdadırsa, ödənişlərin gecikdirilməsi nəticəsində yaranan faizlər də nəzərə alınır, mövcud borcun 100%-lik məbləği hesablanır və ümumi Repo dəyərindən çıxılaraq banka və ya lizinq şirkətinə ödənilir. Qalan məbləğ isə müştəriyə ödənilir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında