Niderland ilə Azərbaycan alternativ enerji sahəsində əməkdaşlıq edə bilər

Alternativ enerji Niderland ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni sahə ola bilər.
Bu sözləri Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinden aprelin 30-da keçirdiyi mətbuat konfransında demişdir.
Səfir bildirmişdir ki, Niderland şirkətləri bu gün Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bu əməkdaşlığı qeyri-neft sektorunun yeni sahələrində inkişaf etdirmək niyyətindədirlər.
A.P.Uijterlinden qeyd etmişdir ki, Niderland hökuməti hər zaman Azərbaycan hökumətinə aqrar, alternativ enerji və su təsərrüfatı sahələrinin inkişafı üzrə kömək göstərməyə hazırdır. Səfirin sözlərinə görə, alternativ enerji iki ölkə arasında əməkdaşlıq üçün yeni sahə ola bilər və Niderland şirkətləri artıq bu sahəyə ciddi maraq göstərirlər.
Diplomat diqqətə çatdırmışdır ki, ötən il əmtəə dövriyyəsinin həcmi azalaraq 150 milyon dollar təşkil etməsinə baxmayaraq, Niderland Azərbaycana ixracı artırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında