Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin B Ə Y A N A T I

Aprelin 30-da Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin bəyanatı yayılmışdır. AzərTAc bəyanatı təqdim edir. Bəyanatda deyilir:
"Bir müddət əvvəl Azərbaycanda çıxan "Yeni Azərbaycan" qəzetində Almaniyanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlə bağlı dərc olunan məqaləyə Almaniyanın Azərbaycandakı səfirliyi mövqe bildirmişdir.
Almaniyanın Bakıdakı səfirliyinin məsələyə bu cür reaksiyası təəccüb doğurur. Birincisi ona görə ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur. Digər tərəfdən, Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser və eləcə də Almaniya Bundestaqının bəzi deputatları da fəal iştirak etmişlər və hazırda iştirak etməkdədirlər. Bu kampaniyaya eləcə də Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən "Şpigel", "ARD" kimi media qurumları təbliğat dəstəyi verməkdədir.
Kampaniya nəticəsində yayılan məlumatların mahiyyətindən aydın şəkildə görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdürlər.
Lakin biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya alman xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz və bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq və əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar".

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında