"Ulduzlar "Eurovision"u dəstəkləyir" konserti böyük coşğu ilə qarşılanıb

Bakıda keçiriləcək möhtəşəm "Eurovision-2012 "müsabiqəsinə sayılı günlər qalıb.
Bütün dünyanın diqqət mərkəzində saxladığı və musiqisevərlərin bayram-əhval ruhiyyəsi ilə qarşıladığı musiqi yarışması bu dəfə Bakıda gerçəkləşəcək. Artıq bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.
Ötən gün "Eurovision" fanatlarına dəstək olmaq olmaq məqsədi ilə Dənizkənarı Milli Parkda "Ulduzlar "Eurovision"u dəstəkləyir" adlı konsert keçirilib.
Konsertdə tanınmış müğənni-bəstəkar Emin Ağalarov, Gürcüstanın "Eurovision-2012" təmsilçisi Anri Coxadze, bu ölkənin "Eurovision"-2008" iştirakçısı Diana Qurtskaya, ukraynalı müğənni Ani Lorak, Azərbaycanın "Eurovision"-2010" təmsilçisi Safura Əlizadə, "Eurovision" 2011"-in qalibləri Eldar və Nigar çıxış ediblər.
Müğənni Emin Ağalarov hit mahnılardan ifa etməklə yanaşı, müsabiqə təmsilçiləri arasında favoritlərindən də söhbət açıb. Onun sözlərinə görə Səbinə Babayeva, Engelbert Hamperdink bu favoritlər arasındadır.
Emin Ağalarov Azərbaycanın "Eurovision" müsabiqəsini yüksək səviyyədə keçirəcəyini də vurğulayıb: "May ayında Bakıya gələn hər bir kəs Azərbaycanın gözəlliyinə, insanlarına heyran olacaq".
"Eurovision-2012" mahnı müsabiqəsinin açılışı ərəfəsində keçirilən bu şouda çıxış edən hər bir kəs Azərbaycanın fərqli bir müsabiqəyə ev sahibliyi etdiyini bildirib. Bakının hər bir kəsdə xoş təəssüratlar yaradacağını qeyd edib. Böyük coşğu ilə qarşılanan konsertdə əcnəbi müğənnilər də öz təəssüratlarını Azərbaycan tamaşaçıları ilə bölüşüb.
"Bakını çox sevirəm, bu dəfə daha çox sevdim" - deyə ukraynalı müğənni Ani Lorak bildirib. Gürcüstanın "Eurovision-2012" təmsilçisi Anri Coxadze isə Bakının ürəyinin bir hissəsi olduğunu deyib.
Konsertdə çıxış edən "Eurovision" ulduzları hamını Bakıya- may ayında təşkil olunacaq unudulmaz müsabiqəyə səsləyib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında