IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası "IDEA ətraf mühit haqqında kitab layihəsi" üçün tender elan etmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasının (International Dialogue for Environmental Action) təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "IDEA ətraf mühit haqqında kitab layihəsi" üçün tender elan edilmişdir.
2011-ci ilin iyulunda əsası qoyulan IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası gənclərin qlobal iqlim problemlərinin həllində fəaliyyətini və dialoqunu dəstəkləyən təşəbbüsdür.
Kampaniyadan AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, IDEA həyat davamlılığı, təbiət tarazlığı, ekosistem, bioloji şaxələndirilmə, iqlim dəyişikliyi və digər bu kimi mühüm ətraf mühit məsələlərinin gənclər arasında daha yaxşı dərk olunması məqsədilə yeni kitab layihəsi tenderi elan edir.
Yerli və xarici müəlliflər, mütəxəssislər, təbiət elmlərinə dair biliklərə malik aparıcı şəxslər və ekspertlər, həmçinin professorlar, tələbələr və məzunlar Azərbaycanın orta məktəblərində xüsusi kurslarda istifadə olunacaq ətraf mühit haqqında dərslik yazmağa dəvət edilirlər. Dərslik həm Azərbaycan, həm də ingilis dillərində yazıla bilər. Əgər mətn ingilis dilində yazılsa, IDEA onun son məhsul kimi tam tərcüməsini üzərinə götürür.
Məlumatda bildirilmişdir ki, müsabiqədə iştirak etmək istəyən yazarlar təklif olunan layihənin qısa təsvirini və xülasəsini (maksimum 1000 söz), mətni yazarkən müəllifə uyğun olan vaxt cədvəlini, mövzu və quruluş, yazı nümunəsi və tərcümeyi-hal (çap tarixi və əlaqə məlumatı daxil olmalıdır) sənədlərindən ibarət materialı [email protected] ailto:[email protected] email ünvanına qoşma (attach) ilə göndərməlidirlər.
Hər hansı bir nəfərin namizədliyini irəli sürmək istəyən şəxslər yuxarıda qeyd olunan qaydada IDEA ilə əlaqə saxlamalıdırlar. IDEA təklifləri və ərizələri 2012-ci il iyunun 15-dək qəbul edəcəkdir.
Qəbul haqqında bildiriş bu sahədə tanınmış alimlərdən ibarət xarici Elmi Heyət tərəfindən təsdiq edildikdən sonra 2012-ci il iyunun 15-də müəllifə göndəriləcəkdir.
Heyət tərəfindən təsdiq olunduqdan sonra, müəllif və ya müəlliflər mərhələli şəkildə fəaliyyət göstərməli, vaxt və quruluş cədvəllərində təyin olunan müddətlərə qədər fəsillərin nümunələrini təqdim etməlidir. Təklifin tam nümunəsi 2012-ci ilin dekabrından gec olmayaraq təqdim edilməlidir.
Kitabın nəşri 2013-cü ilin əvvəllərinə nəzərdə tutulmuşdur. IDEA kitab tam təqdim olunduqdan sonra onu son dəfə redaktə etmək hüququ verir.
Layihə haqqında əlavə məlumatı www.ideacampaign.org ttp://www.ideacampaign.org elektron ünvanında əldə etmək mümkündür.
Şərtlərə əsasən, müəllif hüququ qorunmuş materialdan istifadə etmək üçün həmin müəllifdən yazılı icazə almaq lazımdır. Yazılarda A4 ölçülü kağızdan istifadə edilməlidir (yuxarı və aşağı kənarlar 2 santimetr, sol kənar 3 santimetr, sağ kənar 1,5 santimetr). Yalnız "Ms. Word" proqramına uyğun fayllar qəbul olunacaqdır. Təsvirin müəllifindən yazılı icazə almaq məsuliyyəti yazarın öz üzərinə düşür.
Bununla bağlı istənilən xərc kitabı yazanın üzərinə düşür.
Tenderdə qalib gələn müəllif və ya müəlliflər 10 min manat (13 min ABŞ dolları) məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Tərcümə, çap, nəşr və tiraj daxil olmaqla digər xərclər IDEA tərəfindən ödəniləcəkdir.
Kitab layihəsi IDEA tərəfindən Ekologiya və Təbii Sərvətlər, Təhsil, Gənclər və İdman nazirlikləri ilə birgə həyata keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında