Prezident Almazbek Atambayev Azərbaycan Hökumətinin nümayəndə heyətini qəbul etmişdir

Qırğızıstan Prezidenti Almazbek Atambayev bu il aprelin 30-da Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi, Qırğızıstan-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasında iştirak etmək üçün Qırğızıstana gəlmiş nümayəndə heyətini qəbul etmişdir.
Qırğızıstan Respublikası Prezidenti Aparatının İnformasiya Siyasəti Şöbəsindən verilən məlumata görə, A.Atambayev nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, onun Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırılması üçün təkan lazım idi. O demişdir: "Şadam ki, sizin buraya gəlişinizlə əlaqədar, tarixlər və müddətlər barədə konkret qərarlar qəbul edilmişdir".
Dövlət başçısı vurğulamışdır ki, Qırğızıstan rəhbərliyi Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Hökumətlərarası Komissiyanın həmsədri Yaqub Eyyubov görüş zamanı Qırğızıstanın dövlət başçısına iki ölkənin prezidentləri arasında razılaşmaya uyğun olaraq keçirilmiş birinci iclas barədə məlumat vermişdir.
Y.Eyyubov demişdir: "Prezident İlham Əliyev bizim qarşımızda belə bir məsələ qoymuşdur ki, bütün müştərək razılaşmalar yerinə yetirilməlidir. Bizim gələcək əməkdaşlığımızın spektri çox genişdir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında