Lənkəran: ağsaqqallar "açıq mikrofon"la danışdılar

Ağsaqqal sözünə, öyüd-nəsihətinə xalqımız hər zaman hörmətlə yanaşıb. Elə Lənkəran Şəhər İcra Hakimiyyətinə yenicə başçı təyin edilmiş Taleh Qaraşovun da tanışlıq məqsədilə keçirdiyi ilk görüşlərdən biri məhz ağsaqqallarla oldu. Görüşə uzun illər ən müxtəlif sahələrdə layiqincə çalışaraq böyük hörmət-izzət sahibi olan və hazırda ömrünün müdriklik çağını yaşayan, cəmiyyətin "qızıl fond"unu təşkil edən insanlar dəvət olunmuşdu.
İcra hakimiyyətinin başçısı ağsaqqalları salamlayaraq ölkəmizin sosial-iqtisadi inkişafından, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışdı və yeni təyinat zamanı dövlətimizin başçısı cənab İlham Əliyevin ona verdiyi tapşırıqları diqqətə çatdırdı. Dəyərli ağsaqqal sözünün eldə-obada olduğu kimi, idarəetmədə də böyük önəm daşıdığını vurğulayan T.Qaraşov dedi ki, burada səslənəcək fikirlər, təkliflər rayonun yeni inkişaf planlarında mütləq nəzərə alınacaq və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilən zaman əsas götürüləcək.
"Açıq mikrofon" qarşısında Ağsaqqallar Şurasının sədri Kamal Kələntərov, vaxtilə rayon rənbərliyində çalışmış Sərhəd Məmmədov, aqrar sahə üzrə tədqiqatçı-alim Fərman Quliyev, Milli Qəhrəman atası Ələkbər Əliyev və başqaları regionların inkişafına gündən-günə artan dövlət qayğısından, Prezident İlham Əliyevin cənub bölgəsinə, o cümlədən də Lənkərana xüsusi diqqət yetirməsindən razılıqlarını bildirdilər. Onlar icra hakimiyyətinin yeni başçısının fəaliyyətinə xeyir-dua verməklə bərabər, mövcud problemlərdən və onların həlli yollarından danışdılar. Əminlik ifadə edildi ki, regionun mərkəzi olan Lənkəranda tezliklə bütün sosial məsələlər həllini tapacaq və əhalinin yaşam şəraiti daha da yaxşılaşacaq. Boladi, Osaküçə kəndlərindən, digər yaşayış məntəqələrindən görüşə gəlmiş ağsaqqallara da ürək sözlərini söyləmək imkanı verildi.
Xoş arzulara, dəyərli fikirlərə görə ağsaqqallara təşəkkür edən Taleh Qaraşov onların dediklərinin cari vəziyyətə xüsusi aydınlıq gətirdiyini və gələcək fəaliyyətin konturlarını bir qədər də dəqiqləşdirdiyini söylədi. İcra hakimiyyətinin başçısı bildirdi ki, bundan sonra da mütəmadi olaraq ağsaqqallarla, eləcə də gənclərlə, sahibkarlarla, rayonun fəal qadınları ilə, bir sözlə əhalinin bütün təbəqələri ilə işgüzar görüşlər keçiriləcək. Eyni zamanda rayon rəhbərliyi vaxtaşırı kənd və qəsəbələrə gedəcək, səyyar qəbullar keçirəcək, vətəndaşların bütün müraciətlərinə maksimum həssaslıqla yanaşacaq. İndi əsas məqsəd sosial-iqtisadi inkişaf naminə həyata keçirilən bütün məsələlərdə yerli rəhbərliyə dəstək olmaqdan, problemləri birgə səylərlə çözməkdən, qazanılan uğurların davamlı olmasına çalışmaqdan və beləliklə də Lənkəranın bölgədəki ənənəvi öncüllük mövqeyini yenidən bərqərar etməkdən ibarətdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında