Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş sərgi açılmışdır

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilmişdir. 
Sərginin əhəmiyyətindən danışan arxivin direktoru Mayis Bağırov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır.
Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, 1969-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Partiya Tarixi İnstitutu və Partiya Arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında xüsusi qərar qəbul olunmuşdur. Beləliklə, indiki Siyasi Sənədlər Arxivinin yerləşdiyi bu binanın təməli ulu öndərin təşəbbüsü ilə qoyulmuşdur.
Stendlər arasında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşə də sərgi iştirakçılarının marağına səbəb olmuşdur.
Sərgi çərçivəsində Fransa və digər xarici ölkələrdən gətirilmiş Əlimərdan bəy Topçubaşova məxsus tarixi sənədlərin surətləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə təhvil verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında