Naxçıvanda beynəlxalq şahmat festivalı starta çıxır

Bu gün Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivalında ilk görüşlər oynanılacaq. Festival iştirakçıları mükafatlar uğrunda üç turnirdə ( "A", "B" və "C") mübarizə aparacaqlar.
Ən güclüləri özündə birləşdirən "A" turnirinə 47 rəqib, o cümlədən 19 qrossmeyster daxildir. Bu yarışda ölkəmizi Eltac Səfərli, Rauf Məmmədov, Qədir Heseynov, Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova və başqaları təmsil edirlər. Onların qonaqları isə rusiyalılar Boris Qraçov, Aleksandr Xalifman, hollandiyalı Sergey Tivyakov, Belarus şahmatçısı Sergey Jiqalko, Viorel İordaçesku (Moldova), Anton Filippov (Özbəkistan), Konstantin Şanava (Gürcüstan) və digər tanınmış şahmatçılardır.
İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnirə mayın 7-də yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında