Sabirabad rayonunda Çernobıl əlillərinə xüsusi diqqət göstərilir

Sabirabad rayonunda Çernobıl faciəsinin 26-cı ildönümü münasibətilə onların iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirdi ki, dünyanın ən dəhşətli qəzalarından biri olan Çernobıl faciəsindən 26 il keçməsinə baxmayaraq, onun fəsadları hələ də qalmaqdadır. 
Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, buna qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etdi.
Qeyd olundu ki, Çernobıl hadisəsi Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənimiz iştirak etmiş, o cümlədən Sabirabaddan da bu məqsədlə yüz nəfərdən çox adam səfərbər olunmuşdu. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də daima uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılıb, onların sosial müdafiəsi gücləndirilib.
Çernobıl əlillərindən Əzizağa Quliyev, Ədalət Rəhimov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlara həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə də razılıqlarını ifadə etdilər.
Tədbirdə həmçinin xidmət təşkilatları rəhbərlərinin məlumatları da dinlənildi və onlara əlillərlə bağlı ən vacib məsələlərin qısa müddətdə həlli tapşırıldı. Axırda Çernobıl əlillərinə maddi yardım göstərildi.

{nl}

S.HÜSEYNOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında