Xəzər rayonunda valideynlərlə görüş

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun 181 saylı orta məktəbində valideynlərlə görüş keçirilib. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, asudə vaxtın səmərəli təşkili, yeniyetmələrin idmana cəlb olunması, onların siqaretdən və digər zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə təşkil olunan görüşdə yuxarıda adı çəkilən idarənin rəisi Vüqar Əliyev, Xəzər rayon qeydiyyat şöbəsinin əməkdaşı İradə Kazımova, Uşaq və ailələrə dəstək mərkəzinin əməkdaşı Nigar Əliyeva, 181 saylı orta məktəbin direktoru Nəzakət Məmmədova çıxış etmişlər. 
Valideynlərlə mövzu ətrafında söhbət aparılmış və bildirilmişdir ki, gələcəyimiz olan gənc nəslin sağlam ruhda böyüməsi, onların zərərli vərdişlərdən uzaq olması üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Çıxış edənlər son illər paytaxtda çoxlu idman qurğularının inşa edildiyini, yeniyetmə və gənclərin sağlamlığının keşiyində dayanan bədən tərbiyəsi və idmanın kütləvi xarakter aldığını vurğulamışlar. Gənclərimizin zərərli vərdişlərdən uzaq olması, onların sağlam həyat tərzi keçirmələri üçün valideynlərin böyük rolu olduğunu bildirən natiqlər, onu da qeyd etmişlər ki, ailələr hər zaman rayonun müvafiq təşkilatları ilə sıx əməkdaşlıq etməli, onların dəstəyinə arxalanmalıdırlar.
Tədbirdə iştirak edən valideynlər diqqət və qayğıya görə minnətdarlıq etmiş və bildirmişlər ki, yeniyetmə və gənclər arasında zərərli vərdişlərə meyilliliyin aradan qaldırılması, onların sağlam həyat tərzi keçirmələri üçün əllərindən gələni edəcəklər.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında