ATƏT-in Minsk qrupunun həmsədrləri son günlərdə cəbhə xəttində baş vermiş hadisələrlə bağlı bəyanat yaymışdır

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) birgə bəyanatla çıxış etmişlər. 
Bəyanatda həmsədrlərin Azərbaycan-Ermənistan sərhədi boyunca və qoşunların təmas xəttində atəşkəsin pozulması, insanların ölümü və yaralanması ilə nəticələnən son hadisələrdən dərin narahatlığı ifadə olunmuşdur. Qeyd edilmişdir ki, bu cür mənasız hadisələr tərəflərin güc tətbiq etməmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozur və prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın 2012-ci il 23 yanvar tarixli bəyanatının ruhuna ziddir.
Bəyanatın sonunda bildirilir: "Həmsədrlər insan həyatının itirilməsi ilə bağlı hər bir hadisəni kəskin şəkildə qınayır və münaqişənin dinc danışıqlar yolu ilə həllinə heç bir alternativin olmadığını vurğulayırlar. Həmsədrlər tərəfləri 1994-cü ildə bağlanmış atəşkəs rejiminə riayət etməyə və vəziyyətin kəskinləşməsinə aparan tədbirlərindən çəkinməyə çağırırlar".

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında