Bakıda "Dərbənd şəhərinin tarixi" adlı beynəlxalq konfrans işə başlamışdır

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə "Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin parlaq səhifələri" adlı Beynəlxalq konfrans işə başlamışdır. 
Açılış mərasimində AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək, Azərbaycan və Dağıstan arasında dərin tarixi kökləri olan əlaqələrin bundan sonra da genişlənməsinin əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Dərbənd Azərbaycanın və Dağıstanın ümumi tarixidir.
Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanov demişdir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin təşəbbüsü ilə Dərbənddə Azərbaycan və Dağıstan xalqlarının ümumi tarixini və mədəniyyətini öyrənən milli-mədəni mərkəzin açılması istiqamətində iş aparılır. O, Mahmud Kərimova Dağıstan Respublikasının əməkdar elm xadimi adının verilməsi haqqında vəsiqəni təqdim etmişdir.
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxışında bildirmişdir ki, Dərbənd Qafqazın Azərbaycan və Dağıstan xalqlarını birləşdirən qədim şəhəridir. Alim qeyd etmişdir ki, Dərbənd tarixdə "Dəmir qapı Dərbənd" adı ilə də məşhurdur. Onun sözlərinə görə, bu şəhər məşəqqətli tarix yaşasa da, həmişə qiymətli mədəniyyət mərkəzlərindən biri olmuş, müxtəlif Qafqaz xalqlarının qardaşlığının və dostluğunun rəmzi sayılmışdır.
Y.Mahmudov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev Dağıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət vermişdir. Alim, həmçinin görkəmli dövlət xadimi, akademik Əziz Əliyevin Dağıstan tarixində əhəmiyyətli rolunu vurğulamışdır. Y.Mahmudov demişdir: "Bugünkü konfrans təsdiq edir ki, Azərbaycan indi də Dağıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu konfrans Prezident İlham Əliyevin Dağıstan Respublikası ilə hərtərəfli əlaqələrin möhkəmlənməsinə dair tapşırığına müvafiq olaraq keçirilir. Dərbənd Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərində xüsusi rol oynayır".
Plenar iclasda Dağıstan alimi M.İbrahimovun XX əsrdə Dərbənd əhalisinin sayının və etnik tərkibinin dinamikası, Azərbaycan alimi M.Xəlilovun Dərbəndin təşəkkül tarixi haqqında məruzələri dinlənilmişdir.
İkigünlük konfransda Azərbaycan və Dağıstan alimləri üç seksiyada "Dərbəndin sosial-iqtisadi inkişafı", "Dərbəndin siyasi tarixi" və "Dərbənd əhalisi və onun mədəni inkişafı" mövzularında məruzələrlə çıxış edəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında