Günter OTTİNGER: Avropa Komissiyası və Azərbaycan arasında Transxəzər qaz kəməri ilə bağlı aparılan danışıqlar bu ilin ortalarında başa çata bilər

Transxəzər qaz kəməri üzrə təminatlarla bağlı Avropa Komissiyası və Azərbaycan arasında aparılan danışıqlar bu ilin ortalarında başa çatdırıla bilər.
"APA-ECONOMICS"in xəbərinə görə, enerji məsələləri üzrə avrokomissar Günter Ottinger "Avropa Komissiyası-Rusiya enerji dialoqu: qaz aspekti" mövzusunda keçirilən konfransın kuluarlarında demişdir ki,Avropa Komissiyasının funksiyası qarantiya vermək deyil, işi təşkil etməkdir. Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat vermişdir. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirmişdir ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlamışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev isə bəyan etmişdir ki, Transxəzər qaz boru kəmərinin inşası layihəsi Azərbaycanın deyil, Türkmənistan və Avropa Birliyinin layihəsidir və Azərbaycan burada tərəfdaş kimi çıxış etmir: "Layihənin reallaşdırılması Türkmənistan və Avropa Birliyinin işidir, Azərbaycan burada ən yaxşı halda tranzit ölkə kimi çıxış edə bilər.
Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 milyard avro məbləğində qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında