Gəncliyin inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir

Gəncliyin inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.
Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov demişdir.
Fuad Ələsgərov bildirmişdir ki, gəncliyə münasibət, gəncliyin inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq etmişdir. Əlbəttə, gənc hüquqşünaslar da bu məsələlərin həllində çox fəal olmalıdırlar, peşə səviyyələrini artırmalıdırlar.
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) qitədə gənc hüquqşünas tələbələri birləşdirən ən böyük təşkilat olduğunu söyləyən şöbə müdiri vurğulamışdır ki, ölkəmizin gənc hüquqşünas tələbələrinin təşəbbüsü ilə Azərbaycan da keçən il ELSA-nın üzvü olmuşdur. Bakıda keçirilən gənc hüquqşünasların beynəlxalq forumuna bir neçə ölkədən tələbə hüquqşünaslar gəlmişlər. Şübhəsiz ki, burada aparılan fikir mübadiləsi hər bir gənc hüquqşünas üçün yaxşı bir təcrübə qazanmağa imkan yaradacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında