"Yeni Azərbaycan"da dərc olunan yazılar demokratiya, söz azadlığı və plüralizmin əlamətidir

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 27-də "Media forum" saytına açıqlamasında demişdir: "Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle "Yeni Azərbaycan" qəzetinə göndərdiyi məktubda Almaniyadakı yazıları, anti-Azərbaycan çıxışları ölkəsində mətbuat azadlığının, demokratiyanın, siyasi plüralizmin əlaməti kimi təqdim etməyə çalışıb. Biz də hesab edirik ki, "Yeni Azərbaycan" qəzetində və digər mətbuat orqanlarında Almaniya haqda dərc olunan yazılar Azərbaycanda demokratiya, söz azadlığı və plüralizmin əlamətidir". 
Yeni Azərbaycan Partiyası rəhbərliyinin, "Yeni Azərbaycan" qəzetinin Almaniyanı tənqid edən açıqlamalarına, yazılarına indi geniş qiymət vermək istəmədiyini bildirən Əli Həsənov hesab edir ki, bu gün Azərbaycanda siyasi plüralizm, mətbuat azadlığı, demokratiya Avropanın digər ölkələrindən az deyil: "Bəzən Almaniyanın rəsmi nümayəndələrinin, o cümlədən ombudsmanın da Azərbaycanla bağlı müəyyən çıxışları olur. Bunlara da rəsmi münasibət bildirmişik və belə hallar davam edərsə, yenə bildirəcəyik".
Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycan-Almaniya münasibətləri dövlət səviyyəsində normaldır, iki ölkənin əlaqələri dinamik inkişaf edir, qarşılıqlı maraqlar var: "Bu maraqlar zaman-zaman təmin olunur. Hər iki tərəf bir-birinə yetərincə tərəfdaşlıq münasibəti göstərir".
Əli Həsənov Qərb diplomatlarının Bakıda müxalif İctimai Palatanın rəhbərliyi ilə keçirdiyi görüşə də münasibət bildirmişdir: "Azərbaycan cəmiyyətində bəzi Qərb ölkələrinin diplomatlarının və beynəlxalq təşkilat nümayəndələrinin İctimai Palatanın rəhbərliyi ilə görüşməsinə yanaşma birmənalı deyil. Müxtəlif siyasi düşərgələrin məsələyə münasibəti də fərqlidir. Niyə məhz həmin partiyalarla görüşürlər, onlarla görüşürlər? Ümumiyyətlə, bu tipli aksiyalarda iştirak etmək, belə görüşlər keçirmək Qərb diplomatlarının fəaliyyət çərçivəsinə daxildirmi? Mən bunlara indi qiymət verməyəcəm. Çünki mən məmuram, şəxsi yanaşmamı deyə bilmərəm, söylədiklərim dövlətin mövqeyi olacaq. Bunun üçün Xarici İşlər Nazirliyi var, lazım olanda belə məsələlərə münasibət bildirir, qiymət verir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında