Şriftin ölçüsü:
27.04.2012 02:53 | Oxunma sayı: 1323
"Gül bayramına" 10 avtomobilin uduş sevinci ilə qatılın!
Aprel ayının ikinci yarısında ənənəvi həftəlik lotereyalar istehlakçıları "darıxmağa" qoymayıb. "Binqo" lotereyasının 65-ci tirajında Naxçıvan MR-dan Bilalov Novruz İsaxan oğlu, 66-cı tirajında isə Kürdəmir rayon sakini Abasov Raqif Rafiq oğlu Chevrolet "Aveo" avtomobillərinə sahib oldular. Novruz Bilalovun sevincinin həddi-hüdudu yoxdur. Onun 10, 12 və 18 yaşlı övladlarının hər üçü aprel ayında dünyaya gəliblər və bu gözəl avtomobil uşaqların doğum gününə əsl hədiyyə oldu.
"Ailə Sevinci" lotereyası da bu mərhələdə oyun iştirakçılarına iki avtomobil bəxş etdi. Oyunun 63-cü tirajında Beyləqan sakini Camalov Cəlal Vaqif oğlu, 64-cü tirajında isə hazırda Bakıda yaşayan Bərdə sakini Həşimova Dürdanə Salman qızı Nissan "Sunny" avtomobili udmaqla böyük sevinc yaşadılar. Yəqin ki, Şirvan şəhər sakini Nəsirov Əligüllah Mehbalı oğlunun da yaddaşından aprel ayının şirin anları uzun zaman silinməyəcək. 72 yaşlı Əligüllah kişi özü demişkən, "1958-ci ildən sovet hökuməti lotereya buraxmağa başlayandan lotereya alır". O, "Uğur" lotereyasının 36-cı tirajında Kia "Rio" avtomobilinə sahib oldu. Şabran rayonundan Mirzəyev Mübariz Baxşı oğlu bu lotereyanın 380-ci tirajında 4500 manat, Bakı şəhər sakini Mustafayeva Nurxanım Neymət qızı isə 385-ci tirajda 4707 manat məbləğində uduşla kifayətlənməli olublar.
Son vaxtlar bir çox iştirakçılar haqlı olaraq intellektual oyun hesab etdikləri "5/36" oyununda müxtəlif "sistemlər" qurur, riyazi qanunlara, ehtimal nəzəriyyəsinə əsaslanmaqla "xoşbəxt" rəqəmləri təyin etməyə can atırlar. Belə cəhdlərə, qəribə əhdlərə dünyanın hər yerində rast gəlmək olar və bu baxımdan Xorvatiyanın Dubrovnik şəhər sakininin nümayiş etdirdiyi inanılmaz səbirə qibtə etməmək mümkün deyil. Adı açıqlanmayan bu xorvatiyalı "lotereya həvəskarı" 30 il ərzində, hər həftə keçirilən və qiyməti 20 kun (təxminən 3,5$) olan l39-dan 7" lotereya oyununda eyni rəqəmləri 2, 4, 7, 13, 17, 24, 36) qeyd etmiş və nəhayət, cari il fevral ayının 11-də bu rəqəmlər onu 13, 4 milyon kun (təxminən 2,3 milyon dollar) məbləğində "Cek Pot"un sahibi etmişlər.
Təbii ki, Azərbaycanın lotereya bazarını istər iştirakçıların sayı, istər ənənələr baxımından hələlik ABŞ-ın, Avropa ölkələrinin lotereya bazarları ilə müqayisə etmək tezdir. Lakin "Azərlotereya" ASC, artıq 2003-cü ildən, 40 ölkənin - onlardan 27-si Avropa İttifaqının (Aİ) üzvləridir - 72 lotereya operatorunu özündə birləşdirən Avropanın Dövlət Lotereyaları və Toto Assosiasiyasının üzvüdür.
Məmnuniyyətlə qeyd etməliyik ki, Azərbaycan artıq bu sahədə də beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlamışdır. Aprelin 17-19 da Bakıda "Azərlotereya" ASC-nin təşkilatçılığı ilə "Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi" mövzusunda tədbir keçirilmiş, bu tədbirdə dünyanın 10 ölkəsində lotereya fəaliyyəti ilə məşğul olan təşkilatların rəhbərləri və nümayəndələri iştirak etmişdir. Tədbirdə lotereya təşkilatları arasındakı əməkdaşlıq, assosiyasiyaya üzv ölkələrdə lotereya fəaliyyətinin perspektivləri, lotereyaların sosial istiqaməti və s. məsələlər ətrafında müzakirələr aparılmışdır.
Təbii ki, lotereya təşkilində qabaqcıl təcrübəyə malik, inkişaf etmiş Avropa ölkələri ilə sıx əməkdaşlıq müsbət nəticələrini verməkdədir. İndi lotereya biletlərinin terminallar vasitəsi ilə realizə edilməsi, bütün tirajlarda dünya standartlarına uyğun, ən müasir avadanlıqların tətbiq edilməsi, mütəmadi olaraq yeni layihələrin həyata keçirilməsi bizim üçün adi hal kimi qarşılanır. Son illərdə neçə-neçə unikal layihələr həyata keçirilib. Bu baxımdan hazırda satışda olan unikal "Binqo+10" lotereyasını misal göstərmək olar.
Yeri gəlmişkən, bu oyunun tirajına bir həftədən bir qədər çox vaxt qalıb. Neçə neçə insan ölkədə qözəl ənənəyə çevrilmiş "Gül bayramına" uduş sevincli ilə qatılacaqdır. Bəli, may ayının 9-da, axşam AzTV-nin çoxmilyonlu tamaşaçı auditoriyasının gözləri qarşısında 1 ədəd Hyundai İ-20, 2 ədəd Hyundai İ-10, 2 ədəd Chery Cowin, 5 ədəd Chevrolet Aveo və çoxsaylı pul uduşları öz sahibini tapacaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.