Xəzər rayonunun gəncləri Quba kütləvi məzarlığını ziyarət etmişlər

Xəzər Rayon Gənclər və idman idarəsi, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun fəal gəncləri Quba kütləvi məzarlığını ziyarət etmişlər. 
Tədbir gənclərimizin ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliyin qanlı izləri barədə geniş məlumata malik olmaları, böyüməkdə olan gənc nəslin nümayəndələrində doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması məqsədilə həyata keçirilmişdir.
Tədbirdə çıxış edən Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, rayonun YAP gənclər təşkilatının sədri Taleh Məmmədov, tarix elmləri namizədi, Quba kütləvi məzarlığının nəzarətçisi Qəhrəman Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə geniş məlumat vermişlər. Bildirilmişdir ki, burada sümükləri aşkar edilmiş insanların hamısı soyuq silah və küt alətlərlə, xüsusi qəddarlıqla qətlə yetirilib. Xüsusi amansızlıqla öldürülənlər arasında çoxlu uşaq və qadınlar da olub.
Tədbirdə erməni terrorunun qurbanı olmuş minlərlə soydaşımızın, o cümlədən 1905-1906, 1918-1920-cı illərdə və sonrakı dövrlərdə, həmçinin çağdaş tariximizdə qətlə yetirilmiş insanlarımızın xatirəsinin anılmasının, bu tarixlərin qeyd olunmasının ermənilərin terrorçu xislətinin ifşa edilməsi üçün ciddi rol oynaya biləcəyi vurğulanmışdır.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında