Su təsərrüfatı işçilərinin peşəkarlıq səviyyəsi artırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Təlim ehtiyaclarının müəyyənləşdirilməsi, təlim proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədilə səhmdar cəmiyyətində təlim-tədris mərkəzi yaradılmışdır. Mərkəzin müxtəlif fəaliyyət sahələri üzrə təşkil etdiyi təlimlərdə yerli və xarici mütəxəssislər tərəfindən idarəetmə sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə bağlı su təsərrüfatı işçiləri üçün mütəmadi kurslar təşkil olunur.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu yaxınlarda texniki nəzarətçilər üçün "İçməli su və çirkab su sistemlərinin tikinti üsulları və tətbiqi texnologiyaları" və "Polietilen boruların qaynağının tətbiqi texnologiyaları" mövzularında təlimlər keçirilmişdir. Təlimlərdə içməli su və çirkab su xətlərinin tikintisi, dolğu və möhkəmləndirmə, qaynaq əməliyyatları, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri ətraflı izah olunmuş, yeni texnologiyalar barədə ekspert rəyləri dinlənilmişdir.
Hazırda türkiyəli mütəxəssislər tərəfindən "Azərsu" ASC-nin Bakı Sukanal İdarəsinin əməkdaşları üçün "Çirkab sutəmizləmə qurğularının istismarı" mövzusunda təlimlər keçirilir. Hövsan Aerasiya Stansiyasında təşkil olunan təlimlərdə dinləyicilərə çirkab su mənbələri, təmizləmə üsulları, bioloji proseslər, laboratoriya analizləri və s. məsələlərlə bağlı qabaqcıl təcrübəyə dair məlumatlar verilir, yeni texnologiyaların tətbiqi barədə tədris işləri aparılır.
Bununla yanaşı, "Bakı Sukanal" İdarəsinin və "Sukanal" Elmi- Tədqiqat Layihə İnstitutunun müvafiq şöbələrinin işçiləri üçün "Çirkab sutəmizləmə qurğularının layihələndirilməsi" mövzusunda treninqlərə start verilmişdir. Təlimlərdə çirkab sularının təmizlənməsinin bütün mərhələləri ətraflı izah olunur və son texnologiyalar barədə məlumatlar verilir. Bütövlükdə isə indiyə qədər keçirilən təlimlərə "Azərsu" ASC-nin müxtəlif idarə və müəssisələrinin 100-dən çox əməkdaşı cəlb olunmuşdur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında