"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu Dənizkənarı Milli Parkda möhtəşəm aksiya keçirmişdir

Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin başlanmasına artıq günlər qalır. Bu möhtəşəm musiqi bayramına ev sahibliyi edəcək Azərbaycan biri-birindən maraqlı tədbirlərlə 57 illik tarixi olan yarışmaya öz töhfəsini verməkdədir. Belə tədbirlərdən biri artıq unudulmaz tarixə çevrilmişdir. 
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu aprelin 26-da axşam saatlarında Dənizkənarı Milli Parkda möhtəşəm aksiya keçirmişdir.
Aksiyanın iştirakçıları olan 500 nəfər gənc Xəzər dənizinin dəhlizində toplaşmışlar. Hava fənərlərini yandıraraq səmaya buraxan gənclər Bakının səmasını al-əlvan rənglərə boyamışlar. Müxtəlif rənglərdə olan 400-dən çox hava fənərlərinin yandırılaraq səmaya buraxılması 57-ci "Eurovision" mahnı müsabiqəsinin "Light Your Fire" sloqanına uyğunluğunu simvolizə etmişdir.
Artıq bütün dünyada geniş yayılan və marağa səbəb olan hava fənərləri ilə keçirilən bu aksiya Azərbaycanda ilk dəfə təşkil olunmuşdur.
Aksiyanın əsas məqsədi "Eurovision - 2012" mahnı müsabiqəsi ərəfəsində əhalidə bu şouya marağı daha da artırmaq və onlara qarşıdakı möhtəşəm yarışmanın əhəmiyyətini xatırlatmaq olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında