Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının fəalları cəbhə bölgəsində olmuşlar

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının bir qrup fəalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşmüşdür.
YAP fəalları - Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Milli Məclisin sədr müavini Bahar Muradova, parlamentin komitə sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və başqaları əvvəlcə Beyləqan rayonu ərazisində N saylı hərbi hissədə əsgər və zabitlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.
YAP fəalları sonra Füzuli rayonunda ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşmüş, onların xidməti, məişət şəraiti ilə maraqlanmış, işğal altında olan ərazilərimizi müşahidə etmişlər. Qonaqlar burada əsgərlərlə birgə çay içmiş, səmimi söhbət etmişlər. Əsgərlər onlarla görüşə gəlmiş YAP Qadınlar Şurasının üzvlərinə qızılgül dəstələri təqdim etmiş, onlara minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, hərbi hissədə keçirilən bu cür görüşlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında böyük rol oynayır.
Qonaqlar daha sonra gənc əsgərlərin xidmət etdiyi tabora gəlmişlər. Əsgərlər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova və Qadınlar Şurasının sədri Nurlana Əliyeva onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar. Bildirmişlər ki, ulu öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş vermişdir. Hazırda dövlətimizin başçısı tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Onlar əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildirmişlər.
Həmin gün Horadiz qəsəbəsindəki muğam mərkəzində YAP Füzuli rayon təşkilatının qadın üzvləri ilə görüş keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında