Jurnalistin şəxsi ərizəsi əsasında başlanmış cinayət işinin istintaqı tam obyektiv aparılır

Bakı Şəhər Prokurorluğundan bildirmişlər ki, son zamanlar "Azadlıq radiosu"nun Azərbaycan bölməsinin əməkdaşı İsmayılova Xədicə Rövşən qızı, nümayəndəsi - vəkil İsmayılov Adil Əlviz oğlu ilə birlikdə müxtəlif kütləvi informasiya vasitələrində, X.İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində guya istintaqın ləng və keyfiyyətsiz aparılması, müstəntiqin onun həyat tərzi ilə bağlı marağını təmin edərək hadisəni araşdırmaması, dindirilməsi ilə bağlı vəsatət qaldırsa da, müstəntiqlə görüşə bilməməsi və s. istintaqın faktiki vəziyyəti və gedişatı ilə bir araya sığmayan, həqiqəti əks etdirməyən bəyanatlar verməklə növbəti dəfə cinayət işinin istintaqı ətrafında ictimaiyyət arasında mənfi rəy yaratmağa cəhd etmişlər.  
Göstərilənləri nəzərə alaraq, Bakı Şəhər Prokurorluğu cinayət işinin istintaqı ilə əlaqədar ictimaiyyət arasında real və obyektiv rəy yaranması üçün aşağıdakı məlumatları növbəti dəfə ictimaiyyətə çatdırılmasını zəruri hesab etmişdir.
Belə ki, Xədicə İsmayılovanın müraciəti əsasında Baş Prokurorluq tərəfindən cari il martın 15-də Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə açılmış cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinə tapşırılmışdır. İstintaqın ilk mərhələsində X.İsmayılova nümayəndəsi A.İsmayılovun iştirakı ilə dindirilərək zərərçəkmiş şəxs qismində tanınmış və ona müvafiq hüquq və vəzifələri izah olunmuşdur.
Bundan sonra istintaq tərəfindən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə ekspert, kriminalist, X.İsmayılova, onun nümayəndəsi və hal şahidlərinin iştirakı ilə hadisə yeri olan, onun kirayədə yaşamış olduğu Abdullayev Emin Paşa oğluna məxsus, Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30-dakı 5 nömrəli mənzilə baxışlar keçirilmiş, hadisə yerindən müvafiq maddi sübutlar götürülmüş, ekspertizalar təyin edilərək rəy alınmış, iş üzrə zəruri sorğular və əməliyyat tapşırıqları verilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, 2011-ci ilin may ayınadək Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30, mənzil 5-də Abdullayev Emin Paşa oğlu yaşamış, sonradan isə X.İsmayılova Emin Abdullayev tərəfindən ona verilmiş etibarnamə əsasında 2011-ci ilin may ayından sentyabr ayına qədər qeyd olunan mənzildə kirayədə yaşamışdır. Ondan sonra həmin mənzildə hər ay 250 manat pulu X.İsmayılovaya ödəmək şərti ilə 2011-ci ilin sentyabr ayından noyabr ayınadək onun tanışları Vəfa Cəfərova və həyat yoldaşı Azər Məmmədov, noyabr ayından 2012-ci ilin yanvar ayına qədər tanışı Vəfa Cəfərovanın xalası qızı Əliyeva Leyla Şadil qızı, fevral ayından mart ayına qədər isə Qəmbər İlkin İsa oğlu kirayədə yaşamışlar.
Bundan başqa, istintaqla müəyyən olunmuşdur ki, Moskva şəhərindən Valeri Mərdanovun adından, içərisində X.İsmayılova ilə bağlı fotoşəkillər olan zərflər sonuncunun qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 196, 164 nömrəli mənzilə və "Yeni Müsavat" qəzetinin redaksiyasına poçt vasitəsilə göndərilmişdir. İstintaq zamanı həmin zərflər götürülərək cinayət işinə əlavə edilmişdir.
Xədicə İsmayılovanın əlavə şəxslərin şahid qismində dindirilmələri barədə 2012-ci il martın 28-də istintaqa daxil olmuş vəsatəti təmin olunaraq həmin şəxslər dindirilmişlər.
Eyni zamanda, istintaqın tam obyektiv və hərtərəfli aparılmasının təmin olunması üçün X.İsmayılovanın kirayədə yaşadığı mənzildə hər hansı bir video-çəkiliş aparan qurğunun yerləşdirilməsi və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə onun ailə üzvləri - bacısı Səbinə Rəhimova, qardaşı Məmmədağa İsmayılov, 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər yaşadığı mənzilə müxtəlif məqsədlərlə gələn çoxsaylı şəxslər - Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistratura pilləsinin tələbəsi, əlaqədə olduğu İbadov Əli Akif oğlu, həmin mənzildə şəxsi xidmətçi kimi işlətdiyi Zeynalova Zeynəb Əlfəddin qızı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi qeyri-hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər İlkin İsa oğlu, tanışı Əliyeva Leyla Şadil qızı, BDU-nun hüquq fakültəsində dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasında müəllim işləmiş, Respublikaçı Alternativ Vətəndaş Hərəkatı təşkilatının idarə heyətinin üzvlərindən biri olan, "Azərbaycan Lizing şirkəti" MMC-də hüquqşünas işləyən Qədirli Erkin Toğrul oğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi qeyri-hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər Turqut İsa oğlu, 14 saylı hüquq məsləhətxanasının vəkili Quliyev Elton Rasim oğlu, tərcüməçi işləyən Şirinov Rəşad Ramiz oğlu, ABŞ-ın Beynəlxalq İnkişaf Agenliyinin (USAİD) Azərbaycandakı missiyasında layihə meneceri işləyən Qəhrəmanova Aytən Hikmət qızı, "Abt Associates" Beynəlxalq qeyri-hökumət təşkilatında layihə meneceri işləyən Ələsgərova Ayla Qorxmaz qızı, Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin təhsil məsələləri üzrə məsul şəxsi Bağırov Pərviz Rəşid oğlu, bp şirkətinin brend və nüfuz üzrə məsul işçisi Hacızadə Adnan Hikmət oğlu və tərcüməçi Persiyani Pərvanə Əhməd qızı şahid qismində dindirilmişlər.
Zəruri istintaq hərəkətlərinin aparılması ilə əlaqədar cari il aprelin 13-də və 17-də Xədicə İsmayılova istintaqa dəvət edilsə də, o, çağırışa gəlməmiş, yalnız aprelin 26-da gəlib ifadə vermişdir.
Cinayət işinin başlandığı müddətdən X.İsmayılovanın nümayəndəsi ilə birlikdə istintaqa dəvət edilməsindən əlavə o, nümayəndəsi ilə birlikdə martın 17-də, aprelin 3-də və 14-də Bakı Şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul olunaraq müraciətləri dinlənilmiş və istintaqın tam obyektiv və hərtərəfli aparılması məqsədilə istintaqa konkret göstərişlər verilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında