Azərbaycan səfiri etimadnaməsini Tacikistan Prezidentinə təqdim etmişdir

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov etimadnaməsini Tacikistan Prezidenti Emoməli Raxmona təqdim etmişdir.
Səfiri təbrik edən dövlət başçısı demişdir ki, biz Azərbaycanı Müstəqil Dövlətlər Birliyi məkanında Tacikistanın ən mühüm tərəfdaşlarından biri hesab edirik.
Mərasimdən sonra keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin indiki vəziyyəti və perspektivləri, o cümlədən ağır və yüngül sənaye, neft-qaz, hidroenergetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektiv istiqamətləri geniş müzakirə edilmişdir.
Görüşdə iki ölkə arasında indiyədək imzalanmış sənədlərin yerinə yetirilməsi məsələləri, həmçinin çoxtərəfli əsasda müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də geniş fikir mübadiləsi aparılmışdır.
Deyilmişdir ki, Azərbaycan-Tacikistan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının mart ayında Düşənbədə keçirilən birinci iclası əlaqələrimizin genişlənməsinə təkan verəcəkdir.
Səfir demişdir ki, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin daha da inkişaf etdirilməsinə çalışacaqdır.

{nl}

Qulu Kəngərli, AzərTAc-ın xüsusi müxbiri 
Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında