Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezidenti dəstəkləyir

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Bunu "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələri təsdiqləyir.
Mərkəzdən bildirmişlər ki, sorğunun nəticələrinə görə, əgər qarşıdan gələn bazar günü ölkədə prezident seçkiləri keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 91 faizə yaxını dövlət başçısı İlham Əliyevə səs verərdi.
"İlham Əliyev sizin maraqlarınıza cavab verirmi?" sualını respondentlərin 87 faizi "bəli, cavab verir", - deyə cavablandırmışdır.
Həmçinin məlum olmuşdur ki, qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, respondentlərin əksəriyyəti - 77 faizi birmənalı olaraq səsverməyə qatılardılar.
Sorğu yaşı 18 və yuxarı olan 1500 nəfər arasında aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında