"Azərbaycan 2020: gələcəyə baxış - Gəncliyin düşüncələri" mövzusunda "Dəyirmi masa" keçirilmişdir

Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi "Azərbaycan 2020: gələcəyə baxış - Gəncliyin düşüncələri" mövzusunda "Dəyirmi masa" keçirmişdir.
Tədbirdə dövlət və hökumət nümayəndələri, YAP-ı Milli Məclisdə təmsil edən deputatlar və partiyanın gənc üzvləri iştirak etmişlər.
"Dəyirmi masa"nı açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Sərəncam imzalamışdır. Tədbirin məqsədi həmin konsepsiyanın hazırlanmasında gənclərin düşüncələrinin və təkliflərinin nədən ibarət olduğunu öyrənməkdir. Tədbir çərçivəsində informasiya-kommunikasiya, həmçinin sosial sahələr ilə bağlı gənclərin təklifləri müzakirə olunacaqdır. Müvafiq təkliflər daha sonra layihə şəklinə salınacaqdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Fuad Muradov "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, konsepsiya nəzərdə tutulan illər ərzində Azərbaycanın daha yüksək inkişafa malik dövlətə çevrilməsinə, sosial-iqtisadi həyatın daha dinamik tərəqqisinə təkan verəcəkdir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının, turizmin və kənd təssərüfatının yeni modellər üzrə inkişaf etdirilməsi, insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
Qeyd edilmişdir ki, hazırda konsepsiya təkcə dövlət qurumlarında deyil, eləcə də ictimaiyyət arasında, vətəndaş cəmiyyəti instutlarında, siyasi partiyaların və təşkilatların iclaslarında geniş müzakirə olunur. Belə tədbirlərin məqsədi konsepsiyanın hazırlanmasına dair verilən təklifləri ölkəmizin gələcək inkişafını davamlı təmin edən mükəmməl formaya salmaqdan ibarətdir.
Gənclərin müxtəlif dövlət proqramlarının hazırlanmasında iştirakını ölkəmizin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan natiqlər qeyd etmişlər ki, Azərbaycan gəncliyinin potensialının üzə çıxarılmasına, ölkə daxilində və beynəlxalq aləmdə onun fəaliyyətinə geniş yer verilməlidir. Azərbaycan 2020-ci il üçün inkişaf edən ölkələr sırasına daxil olmağı qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə gənclərin üzərinə böyük iş düşür.
Sonda gənclər rəy və təkliflərini bildirmişlər.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında