"Xəyal" müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə işgəncələr verilməsi barədə məlumatlar əsassızdır

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Xəyal" müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi daşıdığından tərəfimizdən qəti şəkildə təkzib olunur. Bununla əlaqədar olaraq bildirilir ki, cari il martın 1-də Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştiraketmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir. Məlum olmuşdur ki, Zaur Quliyev Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və digərləri ilə birgə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan ciddi zərər vurmuş, Quba Rayon Icra Hakimiyyətinin 2011-ci il 22 noyabr tarixli iclasında rayon icra hakimiyyətinin başçısının çıxışının videogörüntüsünü dekabrın 18-də xüsusi proqram və digər vasitələrdən istifadə etməklə montaj etdirmiş, icra başçısının Quba rayonunun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi cümlələrin ardıcıllığını pozaraq Quba rayon sakinlərinin qəzəb və hiddətinə səbəb ola biləcək məzmunda ayrı-ayrı sözləri birləşdirməklə süjet hazırlamışdır. O, həmin videomaterialı 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqovun vasitəsilə Elxan Əliyevə vermişdir.
Z.Quliyev Cinayət Məcəlləsinin 233-cü və 309.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, Z.Quliyev iş üzrə şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin ona ittiham elan edilən zaman cinayət prosessual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilmiş, ona qarşı davranışda qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və işgəncə hallarına yol verilməmişdir.
Təqsirləndirilən şəxs Zaur Quliyev və müdafiəçilərinin ibtidai istintaq orqanına onun işgəncələrə, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalması və hüquqlarının pozulması barədə müraciətləri daxil olmamışdır.
Kütləvi informasiya vasitələrinə bir daha tövsiyə edilir ki, gələcəkdə real faktlara və həqiqətə söykənməyən qərəzli məlumatları dərc etməzdən əvvəl həmin informasiyaları dövlət qurumları və hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında