Ermənilərin yeritdiyi soyqırımı siyasəti qətiyyətlə pislənilmişdir

Zaqatala rayonunda "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə "Azərbaycanlıların soyqırımı" xatirə kompleksini ziyarət etmiş, önünə əklil və tər çiçəklər düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə geniş məruzə ilə çıxış etmişdir. Məruzədə rayon rəhbəri azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiasını ətraflı təhlil etmişdir. Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətin obyektiv mənzərəsini təsvir etmək, ona siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edənlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliyini bildirmiş, aydın sabahlara büdrəmədən getmək üçün dünənimizi yaxşı bilməli, tariximizi dərindən öyrənməli olduğumuzu, dost və düşmənimizi tanımağın vacibliyini xüsusi qeyd etmişlər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında