ABŞ Azərbaycana sərhəd təhlükəsizliyini möhkəmləndirmək üçün iki maşın təqdim etmişdir

Aprelin 25-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq Dövlət Gömrük Komitəsinin (DSK) sədri Aydın Əliyevə DGK-nın ölkəyə daxil olan və ölkədən çıxan yükləri təftiş etmək imkanlarını artıracaq, ABŞ istehsalı olan xüsusi alətlərlə təchiz olunmuş 2 maşın təqdim etmişdir.
Dəyəri 300 min ABŞ dolları məbləğində olan maşınlar Azərbaycana öz sərhəd təhlükəsizliyini gücləndirməkdə yardım etmək məqsədi ilə ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) Proqramı tərəfindən verilmişdir.
DGK-nın sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumla EXBS arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu maşınlar DGK-nın təftiş keçirmək imkanlarını artıracaqdır.
Adam Sterlinq Azərbaycanda gömrük sahəsində əldə edilmiş uğurları yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu maşınlar ABŞ-ın sərhəd təhlükəsizliyində mühüm rol oynayır. Birgə əməkdaşlıq nəticəsində sərhədlərin daha etibarlı təhlükəsizliyi təmin ediləcək, qaçaqmalçılıq, terrorizmlə mübarizədə mühüm addımlar atılacaqdır.
Məlumat verilmişdir ki, EXBS 2000-ci ildən öz tərəfdaşlarına - DGK və Dövlət Sərhəd Xidmətinə 24,5 milyon ABŞ dolları dəyərində təchizat və təlimlər təqdim etmişdir.
Sonra maşınlara baxış keçirilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında