"The Huffington Post": "Azərbaycanın sirli-sehrli cazibəsi"

Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakı şəhərində olmuş ABŞ-ın məşhur "The Huffington Post" qəzetinin reportyoru Pol Stil "Azərbaycanın sirli-sehrli cazibəsi" məqaləsində öz təəssüratlarından danışmışdır. AzərTAc həmin məqaləni təqdim edir. 
* * *
"Azərbaycana çatan kimi dərhal başa düşdüm ki, bu, çox qonaqpərvər ölkədir. Lakin maraqlı kəşflər məni hələ qabaqda gözləyirdi.
Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə həmsərhəddir. Bura böyük tarixə və mədəni müxtəlifliyə malik bir ölkədir. Ölkə Sovet İttifaqı dağılandan sonra sürətlə inkişaf etmişdir. Azərbaycan tərəqqi etməsi ilə qürur duyur. Ölkənin paytaxtı Bakı Xəzər dənizinə füsunkar mənzərə açılan şəhərdir. Onu bakılılar fəxrlə dünyanın ən böyük gölü adlandırırlar.
Azərbaycan əsas etibarilə islam ölkəsidir. Lakin bu ölkədə bütün dinlərin nümayəndələrinin bir-birinə qarşılıqlı hörmət bəsləməsi qürurverici haldır.
Azərbaycan müsəlman şərqində qadınlara seçib-seçilmək hüququ vermiş ilk ölkədir. O, bu məsələdə hətta mənim doğma İngiltərəmi geridə qoymuşdur.
Bakını gəzib-dolaşmaq tarixə səyahət etmək deməkdir. Mərkəzdə qədim sarayları, uca divarları və bəziləri XI əsrə aid olan gözəl məscidləri olan İçərişəhər yerləşir. Bu heç də turistləri cəlb etmək üçün xəyali muzey deyil, şəhərin öz ənənələri ilə birlikdə normal həyatını yaşayan tarixi hissəsidir.
Şəhərin müasir hissəsində memarlıq möcüzələri yan-yana düzülmüşdür. XX əsrin əvvəlində burada yaşayan Nobel qardaşları Bakının simasına Avropa yenilikləri gətirmişdilər. Bakının bəzi küçələrində dolaşarkən elə təəssürat yaranır ki, indi Parisdəsən və futurist üfüqlərə doğru gedirsən.
Təbiətin möcüzələrini qiymətləndirmək üçün şəhərdən çox uzaqlaşmağa ehtiyac yoxdur. Dünyada palçıq vulkanlarının 70 faizi Azərbaycanda yerləşir və onların necə püskürdüyünü görmək unudulmaz təəssürat doğurur. Qobustanda 6 mindən çox qayaüstü şəkil vardır.
Odlar yurdu Azərbaycan bərəkətli torpaqdır. Qərb ilə Şərq arasında qapı rolunu oynayan bu torpaqda yüzilliklər boyu yerin təkindən çıxan təbii qaz valehedici mənzərə yaradaraq və hindli atəşpərəstləri cəlb edərək alovlanıb-yanır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında