Səbailli uşaqların bayram şənliyi

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə paytaxtımızın mərkəzindəki "Sahil bağı"nda "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda tədbir və xeyriyyə aksiyası keçirilmişdir.
Bayramsayağı bəzədilmiş bağda uşaqların şənlənməsi və əylənməsi üçün lazımi şərait yaradılmış, şən musiqilər səsləndirilmişdir. Parkda dincələn və ətraf ərazilərdə yaşayan uşaqlar, onların valideynləri də tədbirə cəlb edilmişdir. Səbail rayonunun aztəminatlı ailələrinin, Qarabağ müharibəsi veteranlarının və əlillərinin uşaqları da bayrama qatılmışlar.
Səbail Rayon İcra Hakimiyyəti və "Camal LTD" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər uşaqları və onların valideynlərini Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik etmiş, onlara cansağlığı, xöşbəxt həyat və səadət arzulamışlar. Bildirilmişdir ki, bu günün bayram kimi qeyd olunması 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qərara alınmışdır. Hazırda Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Hər il ölkəmizdə yüzlərlə məktəb və məktəbəqədər təhsil müəssisəsi tikilir və əsaslı təmir olunur. Bu, dövlətin gələcək nəslə olan diqqətinin təzahürüdür. Tədbir Səbail rayonunun uşaq musiqi və orta məktəbləri şagirdlərinin, tanınmış musiqiçilərin ifasında konsert proqramı, şən rəqslərlə davam etmiş, uşaqlara "Camal LTD" şirkətinin hədiyyələri paylanmışdır. Şirkətin talismanı olan ağ ayı balası və digər geyimlərdə olanlar uşaqlara dondurmalar paylamışlar. Maraqlı yarışmalar, rəqs və mahnı müsabiqələri keçirilmişdir. Qalib gələn uşaqlara da hədiyyələr təqdim olunmuşdur.
Belə xeyriyyə tədbirlərini "Camal LTD" şirkəti müxtəlif uşaq evlərində də təşkil edəcək.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında