Verilmiş sığorta ödənişləri üzrə lider-sığortaçıların adları açıqlanıb

Sığorta hadisələri nəticəsində ödənilmiş 4,4 milyon manat həcmində sığorta ödənişləri ilə "Paşa Sığorta "şirkəti 2012-ci ilin birinci rübü ərzində müştərilərə ödənilmiş sığorta kompensasiyaları göstəricisinə görə bazarın lideri olmuşdur. "Paşa Sığorta" tərəfindən birinci rübdə həyata keçirilən ödənişlərin əsas payına tibbi sığorta, su nəqliyyatı vasitələri, avtomobillər və əmlakın sığortası üzrə ödənişlər düşür. Sığorta ödənişləri üzrə reytinqin ikinci və üçüncü yerlərində müştərilərə tənzimlənmiş sığorta hadisələri nəticəsində müvafiq olaraq 1,6 milyon və 1,5 milyon manat ödəməklə "Azərsığorta" və "Atəşgah Sığorta" dayanır. 
2012-ci ilin ilk üç ayı ərzində müştərilərə verilmiş sığorta ödənişləri göstəricisinə görə ilk beşliyə düşən sığorta bazarının liderləri aşağıdakılardır:
1. "Paşa Sığorta" ASC 4,486,488 manat
2. "Azərsığorta" ASC 1,618,130 manat
3. "Atəşgah Sığorta" ASC 1,557,411 manat
4. "Beynəlxalq Sığorta Şirkəti" ASC 1,457,447 manat
5. "AXA MBASK SŞ" ASC 1,276,266 manat.
Birinci rüb üzrə müştərilərə verilmiş sığorta ödənişləri haqqında məlumat Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında