Planetimizdə insanların sayı 8 milyarda çatacaq, sonra azalmağa başlayacaq

Yaxın illərdə insanların sayı 8 milyarda çatacaq, sonra isə azalmağa başlayacaq. Trend-in məlumatına görə, məşhur ekoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Yablokov belə hesab edir: "BMT-nin əhalinin sayının böyük artımı ilə bağlı proqnozları reallaşmır: bizim sayımız 11 milyard olmayacaq.
Adamların sayı daha 20 il Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri hesabına bir qədər artacaq, daha sonra isə bu artım (artıq kəskin yavaşıyan) dayanacaq və mənfi olacaq... Bizim sayımız səkkiz milyarddan çox olmayacaq, səkkizdən sonra azalma başlayacaq və onun hansı səviyyədə dayanacağı isə bizim ağlımızdan asılı olacaq". Ekoloq alim proqnozlaşdırır ki, adamların sayının azalması həm biosferin həyatı dəstəkləyən funksiyalarının zəifləməsi, həm də insanların öz fəaliyyətlərindəki kimyəvi və radioaktiv tullantılardan tədricən zəhərlənməsi hesabına baş verəcək:"Genetik yük kəskin artacaq: insanlar sağ qalır, amma bütünlüklə böyük sayda xırda mutasiyalarla. Əhalinin genlərinin cəmi kimi genetik fond hələ ki kəskin böyüyən genetik yükə dözür. Lakin mutasiyaların yükü getdikcə daha da ağırlaşacaq və o, bəşəriyyəti aşağı dartacaq: xəstələrin sayı getdikcə çoxalacaq. Əslində, bu artıq baş verir. Artıq yarış başlayıb. Hansı sürətlidir: sağlamlığın pisləşməsi (xərçənglər, allergiya, uşaqsalma və s.), yoxsa müalicənin yaxşılaşması? Ola bilsin ki, 50-70 ildən sonra belə olacaq: adamlar azalacaq, onların orta yaşama müddətinin uzun olması və sağlam uşaq nadir xoşbəxtlik olacaq". BMT-nin məlumatına görə, 2011-ci il oktyabrın 31-də planetin əhalisi yeddi milyard nəfərlik həddi keçib. Qurumun qiymətləndirmələrinə görə, 2050-ci ilədək Yer kürəsinin əhalisinin sayı 9,3 milyard, yüzilliyin sonuna kimi isə 10 milyardı ötəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında