Müəssisə rəhbərinin cinayətkar əməllərinin qarşısı alınmışdır

Həmidxan Mürvətovun qanunsuz hərəkətləri barədə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş məlumat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmışdır. 
Müəyyən edilmişdir ki, H.Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud olmayan 2012-ci il 9 fevral tarixli sərəncamını əsas kimi götürərək Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində 96 min manat dəyərində 10 kilometr uzunluğunda istifadə olunmayan və istifadəyə yararsız su kəməri xəttinin rəhbərlik etdiyi cəmiyyət tərəfindən sökülərək metal qəbulu məntəqəsinə təhvil verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə guya razılığa gəlmələri barədə 2012-ci il 15 fevral tarixli saxta alğı-satqı müqaviləsi hazırlamışdır.
Boru kəmərləri Göyçay suvarma sistemləri idarəsinin balansında olduğundan planlaşdırdığı ağır cinayəti həyata keçirmək məqsədi ilə H.Mürvətov həmin müqaviləni qeyd edilən idarəyə təqdim etməklə kəmərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən guya ona satıldığını və söküb aparacağını bildirmişdir. Bundan sonra H.Mürvətov işin texniki cəhətdən həyata keçirilməsi üçün hazırlıqlar görərək metalın kəsilməsində istifadə olunacaq avadanlıq və texnikanı Qaraməryəm kənd sakini Quliyev İlqar Ağaqulu oğlunun həyətinə gətirərək külli miqdarda özgə əmlakını ələ keçirməyə cəhd etmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 29-cu, 178.2.3-cü, 178.3.2-ci (dələduzluq yolu ilə qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını ələ keçirməyə cəhd) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında