Bakı-Vaşinqton aviareysi üzrə ilk uçuş həyata keçirilmişdir

Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə olaraq Bakı-Vaşinqton marşrutu ilə birbaşa kommersiya aviareysi yerinə yetirilmişdir.
Bu barədə "APA-ECONOMICS"ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat vermişdir.
Onun sözlərinə görə, aprelin 24-də saat 11:30-da AZAL-a məxsus "Boeing-767" tipli avialayner Heydər Əliyev Beynəlxalq Aeroportundan Vaşinqton istiqamətində havaya qalxıb və artıq 10 saatdan sonra təyyarə Vaşinqtonun Dalles adına hava limanında enmişdir: "Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə yerinə yetirilən Bakı-Vaşinqton aviareysi Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında həyata keçirilir. Belə ki, 38 nəfər azərbaycanlı iş adamı sözügedən aviareyslə Vaşinqtona yola düşmüşdür".
M.Səfərli onu da bildirmişdir ki, əks istiqamətdə, yəni Vaşinqton-Bakı aviareysi aprelin 29-da yerinə yetiriləcək və həmin gün saat 07:30-da təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.
Qeyd edək ki, AZAL "Boeing-767" tipli avialayneri 2011-ci il iyunun 2-də almışdır. Bu tipli avialaynerin daha birini AZAL bu il ərzində alacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında